Sanma bir məsləki tə’qiblə möhkəm qalaram
Sanma bir məsləki tə’qiblə möhkəm qalaram Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Sanma bir məsləki tə’qiblə möhkəm qalaram,
Əlli arxın suyunu gündə bir arxa calaram!
Kefimin gəlməsinə1 bax, nə gərək yaxşı, yaman?
Mən gəhi mixi, gəhi nə’li döyüb tapdalaram.