Saqın ey qönçə dəhan, gül kimi xəndan gəzmə

Saqın ey qönçə dəhan, gül kimi xəndan gəzmə
Müəllif: Nişat Şirvani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Saqın ey qönçə dəhan, gül kimi xəndan gəzmə,
Dağıdıb zülfı-pərişan, pərişan gəzmə.

Gəzmə qurbanın olum, qədrini bilməzlər ilə,
Qorxuram hüsnünə nagah yetə nöqsan, gəzmə.

Əzizim, istər isən şöhreyi-şəhr olmayasan,
Seyri-bazar edib əğyar ilə meydan gəzmə.

E1 yaman, yaxşı deyər, gəzmə bu kafərlər ilə,
Sənə yüz kərrə dedim, gəzmə, müsəlman, gəzmə.

Ey Nişat, sən səri-kuyində müqim ol yann,
Kəşti-bağ eyləmə, gəl bağ ilə bostan gəzmə.