Saqi, nə olubdur, məni yade getirməz
Saqi, nə olubdur, məni yade getirməz Müəllif: Əbülhəsən Raci |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Saqi, nə olubdur, məni yade getirməz?
Könlüm tutulubdur, menə bir badə getirməz.
Rehme gələr axər, gətirer saqi meyi-nab,
Gül feslidi, sed heyf bu esnade gətirmez.
Zahid tapa ger taqi-qaşın səcdəsin, ey şux,
Mehrabi-ibadetlere seccade gətirməz.
Naqisləre təklif eləmin eşq rümuzun,
“Əbcəd” deyi, her tifli bu, irşadə gətirməz.
Məhbus ele zülfundə könül mürğünü, yoxsa,
Divaneyi-qəm tabırn qəllade getirməz.
Herçənd dedin, Raci, de bu beyti mükəırər:
Saqi, ne olubdur, məni bir yade gətirməz.