Saqi, yuyub apar yuxunu didədən bir an
Saqi, yuyub apar yuxunu didədən bir an Müəllif: Abbasqulu ağa Bakıxanov |
Saqi, yuyub apar yuxunu didədən bir an,
Gün tək şərabə cilvə verib parlat hər zaman,
Örtəndə sən niqabı tapır qəlbimiz ümid,
Bu pərdəni yaxar deyirik atəşi-dəhan.
Qaşla üzün nə əcayib qiyamət etmişdir,
Vermişdir aləmə günü ay ilə bir nişan.
Yaqutmudur dodaqların, aya, bəyan elə,
Ya canə qutmudur de ki, ol ləli-dürfəşan.
Dün məclis içrə gülüb verdi vədlər,
Heyrətdəyəm bu vədi kimə verdi mehriban?
Eşqə düşən, bəlayə düşər, bilmişəm bunu,
Bəs kim edib bu can evini eşqə aşiyax?
EY Qüdsi, bax cigər odu yandırdı qəlbimi,
Eşqinlə bu kəbabə çilə duzlu su hər an.