Saqqız ağacı piri
Rəvayətlər. Saqqız ağacı piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qaramux, çinar, saqqız... ağaclarını kəsmək günahdır. Bir saqqız
ağacı var – pirdir. Bu ağacın altında başını qoyursan daşın
üstünə, yatırsan. Əgər yuxuda bir nurani dərviş, bir əlində ağac, bir
əlində də təsbeh gəlib dursa başının üstə, desə ki, filankəs, sənin
payını verdim, onda muradına çatacaqsan. Yox, əgər dərviş yuxuna
girməsə, onda muradın hasil olmayacaq.