Sarı hey
Müəllif: Nəbi Miskin
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.130

Bu dərsimi həqiqətdən oxudum,
O nədir ki, yaşıl çıxar sarı hey?
Mən aşiqəm sarı hey,
Gül irəngin sarı hey.
Deş bağnmın yarasın,
Məlhəm qoyub sarı hey.
Bahar olu barıncılar barmı,
Vədə yetər güldən nara sarı hey.

Bu sözlərim mənasında incəli,
Yeriş eylər dağ üstündə incəli.
Mən aşiqəm incəli,
Kaman qaşın incəli,
Eşqimə töhmət demə,
Ya sınar, yan incəli.
Nə mənzildə qərar tutub dincəli,
Könül uçar ovlağına sarı hey.

Şair Nəbi müştaq oldu bir ələ,
Səfalandı müştaq oldu bir ələ.
Mən aşiqəm bir ələ,
Ələnmişəm bir ələ.
Səyyad öz oylağında
Bərə kəsə bir ələ.
Ülfət qılıb əlin yetsə bir ələ,
Həsrət ilə qoy bovnuna sarı hey.