Saxlayın
Saxlayın Müəllif: İsoy Qurbanov |
Üç qızımı, bir oğlumu,
Dağlar, əmanət saxlayın.
Gözü yaşlı qalan yarı,
Dağlar, əmanət saxlayın.
Bu yazdığım sözlərimi,
Ocağımda közlərimi.
Qoynundakı izlərimi,
Dağlar, əmanət saxlayın.
İsoy deyər, - dinlə, yarım,
Bəxt, iqbaldı günahkarım.
Hər nə varsa yadigarım,
Dağlar, əmanət saxlayın.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.44