Sel qalmaz
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Altmış başlı, ala qarlı dağlardan
Duman köçər, yağmur yağar, sel qalmaz.
Şeyda bülbül məskən tutan bağlardan
Xəzan vurar, yarpaq solar, gül qalmaz.

Her kim içsə ol şəıbetden, ol camdan,
Ürək yanar, heç söz gelməz zebandan.
Gəlen keçər bu yalançı cahandan
Xoca, seyid, bəy, padşah, qul qalmaz.

Məxtumqulu, bu cahanda kim olar?
01 məkana gedən gəlməz güm olar.
Görər gözün, göıklü gövdən qum olar.
Dodaq gedər, dişler düşər, dil qalmaz.