Sevənin gözü kordur, sirri düşün, qanarsan

Sevənin gözü kordur, sirri düşün, qanarsan (1995)
Müəllif: RAUF CAVAD

Düşünəndə insan çox sirrin cavabın tapır,
Xeyirxah əməl həqq yolda öz savabın tapır.

Həqiqəti, ağıl tapar, mərifətlə açar,
Düşünən ağıl, sirr qapısın, hikmətlə açar.

Açılan hər qapı yeni bir gizli sirr açır,
Sənə gizli qalan sirrdə, min məna, nur saçır.

Aləmin sirrli nuru insanda gizli yatır,
Oyansa düşncə, sirlərə məna, insan qatır.

Axtar ki, tapasan, həyatın sirrini açasan,
Sirlər səndə çoxdur gərək düşünüb tapasan.

Sevmə ürəkdən inan ki, düz yoldan çaşarsan,
Sevənin gözü kordur, sirri düşün, qanarsan!

Gözlər görər, Gözəli, ağıl ürəklə sevər,
Yəni ağıl sevər, ürək, ağıla hə deyər.

Sevgi, şirin gizli bir sirrdir, sözdə əməldir,
Ən Gözəli sevmək, kamil sənət, sirr, təməldir.

Gözəlliyə gözəllik verən, səncə O Kimdir?!
Gör Özü necə Gözəl, gözlərə, sirr hakimdir .

Sirləri açmaq əyləncəli bir iş, əməkdir,
Sənin sirrin özünü tapıb, həqqi Sevməkdir.

İlk öncə Ana bətnində duyur səsi körpə,
Gəlir dünyaya görür sirri, nəfəsi körpə.

Oxuyur hər kəlmədə sirri, kim qanır insan,
Rauf açır söz-sirri, Həqqi kim danır şeytan!