Sevdigim
Müəllif: Aşıq Rəcəb
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31.

Nə ovqatsız səfər oldu, bilmədim,
Yollar mənə yaman oldu, sevgilim.
Külək qalxdı, qar-qar əsdi, sovruldu,
Çün gədiklər duman oldu, sevdigim.

Sevdiyim yadıma düşdü o vaxtı,
Sərasər bağrıma xançallar taxdı.
Göy guruldayıb, ildırım çaxdı,
Dünya axır zaman oldu, sevdigim.

Sinəmə çəkmisən dügünü, dağı,
Gözdən axan yaşın qandı fərağı,
Gah çökür qaranlıq, gah dolu yağır,
Axdı sellər, ümman oldu, sevdigim.

Bir yanı bəladı, bir yanı qara,
Cəhənnəm desələr, cəhənnəm dara.
Ol xudam göndərdi fərağın mənə,
Cəbrayıl güman oldu, sevdigim.

Dilim ahu-fəğan edərdi mənim,
Gözüm yaşı sel tək gedərdi mənim.
Xəstə Rəcəb deyər, budur dərmanım,
Əgdi qəddim, bükdü belim sevdigim.