Sevdiyim (Ruhsəti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sevdiyim (Ruhsəti) Müəllif: Ruhsəti |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Keklik kimi daşdan daşa səkərək,
Gərdan açıb gəlişini sevdiyim.
Sağa sola təqsim etmiş hörgüsün.
Onar-onar bölüşünü sevdiyim.
On altıya qərar verdim yaşını,
Yenicə sevdaya salmış başını,
El yanında yıxar gedər qaşını,
Tənhalarda gülüşünü sevdiyim.
Saraldı gül, bənzim soldu deyerək,
Hesrət qiyamətə qaldı deyərək,
“Hanı Ruhsəti de, noldu?” deyərək,
Arayıb da buluşunu sevdiyim.