Sevdiyim camahn çünkü görəməm

Sevdiyim camahn çünkü görəməm
Müəllif: Nədim
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sevdiyim camalın çünkü görəməm
Çıxmasın xəyalın dili-şeydadən.
Haqqı-payə çünki üzlər sürəməm
Alayım peymanın badi-səbadan.

Kəbud çeşmi-birəhm etdi nigahın,
Aşiqlərin göyə çıxardı ahın.
Sordum gərdənindən zülfi-siyahın,
Bir cavab vermədi ağdan-qaradan.

Sevdiyim bəndənə düşərsə xidmət,
Qapında qul olmaq - canıma minnət.
Görə idim səndə buyi-məhəbbət
İstədiyim budur sən bivəfadan.

Nədima, hüsnünə olmuşdur aşiq,
Öylə bir aşiq ki, qəvlində sadiq.
Kəramə nə qədər deyilsə layiq
Ar etməz əfəndim, şahlar gədadan...