Sevirəm
Sevirəm Müəllif: Mikayıl Müşfiq |
Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.
Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.
Sevirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.