Sinəmdə daşıyır can ağır sevgi yükün

Sinəmdə daşıyır can ağır sevgi yükün! (1996)
Müəllif: RAUF CAVAD

Sinəmdə daşıyır can ağır sevgi yükün,
Mən ölərkən dərdimi ağ kəfənə bükün.

Dost tutub imanı, zülmə küfr eyləmişəm,
Bu səbəbdən iman əhlini, Həqqi öyün.

Aç gözün düşüncənin, sözü dərk eylə ki,
Cümlə aləmdə hər yerdə O, sirri görün.

Olmazsa qəlbdə istək, qalar qəlb yalqız tək,
Gözləyir sevənin yolun, Aşiqdir bu gün!

Zahid nə bilə dünya nədi, dərdi nədi,
Sanar ki, nəfsidi düşmən, görməz ki, özün.

Qəribdi həqiqət, olmuş zindanda əsir,
Bəşərə zülm edən həyasız nəfsi söyün.

Öyrədin qəlbinizi zikrə, təmiz eşqə,
Gəlin, mərifət qapısın ədəblə döyün!

Sevməz nifrəti Rauf, bəsləməz surətin,
Var ikən canda kin-küdurəti öldürün!
    ...Müəllif:Rauf Cavad