Sirlər açıldı
Sirlər açıldı (29.11.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Zülmət gecə keçdi, yenə dan ulduzu çıxdı,
Astarda qalan sirlər açıldı, üzü çıxdı.
Düşmən ayağında qurumuş çöllərə bax sən:
Qoynunda Vətən oğlunu gördükdə su çıxdı.
Anqırdı həmən hay dığa, hay vermədi kimsə,
Tək qaldı yağı, yandı-yaxıldı, közü çıxdı!
Səngərdə “bro-bro” eləyib qürrələnirdi,
Söylərdi “qoçam”, amma qaçanda quzu çıxdı...
Düşmən xılı derdi özünə “məğlubedilməz” –
YUMRUQDAR ona zərbə vuranda tozu çıxdı!
Donquz balası qaçdı özü, əcdadı qaldı,
Məscidlərimizdən yağının donquzu çıxdı.
Gördünmü, qiyamətə qisas qalmadı, Teymur, –
Düşmən kürəyindən QOÇumun buynuzu çıxdı!