Sisianovun Cavad xana məktubu (28 dekabr 1803)
Sisianovun Cavad xana məktubu Müəllif: Pavel Sisianov |
Həmçinin baxın: Haqqında • Mənbə: Azərbaycan tarixinə yeni baxış. Məhərrəm Zülfüqarlı. Bakı, 2007. |
28 dekabr 1803 – cü il tarixli məktub: "… Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm. Sel kimi axacaq insan qanı vicdanımı ağrıtmasın deyə, Sizə təkidlə bildirirəm: Avropa adətləri mühasirədə olanları barışmağa çağırmağa imkan verir. Müəyyən vaxt ayrılır ki, onlar ağıllarını başlarına yığsınlar, qasidlər şərtləri tərəflərə yetirirlər. Onlar ya qəbul, ya da rədd olunur. Həmin vaxt keçəndən sonra ya savaş başlanır, ya da müəyyən şərtlərlə şəhər təslim edilir. Biz dörd qalanı belə almışıq. Allah görür ki, qan – qadaya mənmi baisəm, yoxsa sən? Bu məktubuma elə bu gün cavab verilməlidir".