Rəvayətlər. Sofu İsmayıl
Müəllif: Şifahi xalq ədəbiyyatı


Evimizdə ilan vardı. Sofu İsmayılı gətizdirdik. İlanı adıyla çağırdı, dedi:

– Ay mamayi, day mamayi, dağda gəzən, daşda gəzən...

Bir də gördük qırmızı bir ilan gəldi durdu Sofu İsmayılın qabağında. Başını qaldırdı Sofu İsmayıla baş əydi. Sofu İsmayıl dedi:

– Ay Allahın heyvanı, burdan çıx get.

Elə bu söznən də ilan çıxıb getdi.

Sofu İsmayıl dedi:

– Ta bu ilan sizin evinizdə görünməyəcək. Qorxmayın. Payımı-qismətimi verin, varım gedim.

Nənəm getdi, Sofu İsmayıla un gətirdi verdi...

Mənbə

redaktə