Sofu Hümbətin ilanı
Rəvayətlər. Sofu Hümbətin ilanı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Xudavəndi-aləm hər nəslin özünə görə ilanını verib. Hər sofunun
öz ilanı var.
Bir gün Hümbət adlı bir sofunu ilan çalır. Öz ilanı çalmır, başqasının
ilanı çalır. Hümbət zəhəri sümürüb tökür yerə, ilanı tutub
gətirir. Səftər adlı bir kişi vardı – bu kişi gəlir. Deyir:
– Evin tikilsin, hələ bu ilanı salamat saxlayıbsan?
Səftər kişi vurub ilanı öldürür. Hümbət zülüm-zülüm ağlayır ki, ilanı niyə öldürdün?