Rəvayətlər. Sofu duası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Sofu gəlirdi, ilan duası oxuyurdu:

Talxam, haydı,
Şalxam, haydı,
Cəfəri, Cəfəri.
Cinni bəşər.
Şahmar.
Yelmar,
Gülmar.
Mələyim, quzum,
Şünağzı məndə.
Dəyməsin, aşmasın.
Yüzənni gəmsin,
Ya Süleyman peyğəmbər, –

deyib dua püf eləyirdi, ilanları adamın başına dolandırırdı. O duzu həyətə səpirdilər, heyvanlara verirdilər ki, mal-qara, həyət-baca sədəmədən, xata-baladan uzaq olsun.

Mənbə

redaktə