Stalinlə ixtilal xatirələri/Nəticə

Moskvadan fərar Stalinlə ixtilal xatirələri. Nəticə
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu


“Fantastik adamın fantastik karyerası”na aid özəlliklər gözdən keçirilincə XII yüzil Yaxın ġərq ədəbiyyatının böyük Ģairi Gəncəvi Nizaminin “Həft peykər” mənzuməsində təsvir olunan qızıl köynəkli bir demoqoq tipi göz önündə canlanır. Son dərəcə gözəl bir rus prinsesi. Gözəlliyi nisbətində xudbin, qəddar və müstəbid olan bu prinses özünə tilsimli bir qala tikdirmiĢ və orada qalmıĢdı. Tilsimi qırıb, qalanı ala biləcək bir dəliqanlıya ancaq qovuĢacağam, təĢəbbüslərində müvəffəq olmayan gənclərin isə baĢlarını kəsib qala divarına asacağam, deyə elan etmiĢdi. Nəticədə minlərlə kəsik baĢ qala divarına “bəzəmiĢdi”. Camaatı həyəcana gətirən bu qəddarlığa qarĢı üsyan edən cəsur bir gənc əyninə qırmızı bir köynək geymiĢ, qanlı prinseslə evlənmək üçün deyil, tökülən bu qədər qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmıĢdı. Eqoist deyil, altruist bir niyyətlə hərəkətə keçən igidin baĢına geniĢ bir xalq kütləsi toplanmıĢdır. Nəticədə prinsesin tilsimli qalası alınmıĢ, qırmızı köynəkli qəhrəman müvəffəq olmuĢdu. Fəqət o, sözünün üstündə durmamıĢ, qanlı prinseslə evlənmiĢ və taxta çıxaraq, özünü qızıl çar elan etmiĢdi. Stalin XII yüzil məsələsində təsvir olunan bu “qızıl çar”ın XX yüzildə rus Ģərtləri daxilində yetiĢən real bir yarısıdır. Dünyanın böyük bir parçasını Ģəxsi iqtidar və kontrolu altına alan bu qorxunc adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində idi. Onun yeganə qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı keçən fəhlə Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və bütün dünyaya yaymaq idi. O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!