Sultanım (Koroğlu)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sultanım
Müəllif: Koroğlu
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Qoç quzudan quzu törər qoç olar,
Qoçaqlardan qoçaq olur, sultanım!
Qovğa günü mərd igidlər şad olur,
Müxənnətlər naçaq olur, sultanım!

Bir çox iyid bir orduya daldadı,
Qarı düşmən sağdadı, ya soldadı,
Qaçar-qaçar rəqibini aldadır,
Qayıtmamış haçaq olur, sultanım!

Türk atının kəhərindən, göyündən,
Qoçaq minər yüyrəyindən, yeyindən,
Bir çox iyid xəbər aldı bəyindən,
Savaş günü haçaq olur, sultanım!

Qoç Koroğlu oxun çəkər kirişə,
Müxənnətin nə haqqı var girişə,
Mərd igidin əli yetsə bir işə,
Min igidə yaraq olur, sultanım!

Mənbə

redaktə