Sultan Cahangirin I Abbasa məktubu
Sultan Cahangirin I Abbasa məktubu (1622) Müəllif: Sultan Cahangir |
Mənbə: Əbdürrıza Hüşnək Mehdəvi. "Tarixi rəvabiti xarici İran". Müəsseseyi intişarətı Əmir Kəbir, Tehran- 1377. s.99. |
Elçinizin gəlişinə qədər Qəndahar haqqında bir diləyinizin olduğunu bilmirdim. Elçiniz ilə yolladığınız məktubda da bundan bəhs edilmirdi. Bunu elçinin dilindən öyrəndik. Mən elçinizə "qardaşımla aramda heçbir iş üçün sıxıntı olmaz" dedim. Dahan sonra sizin ordunuzla Qəndəhara doğru yürüşə başladığınızı eşitdim. Təbii ki, buna inanmadım. Fəqət xəbərin doğru olduğunu bildikdən sonra Qəndəhar hakiminə əmr yollayıb "qardaşımın əmrindən kənara çıxma" dedim. Aramızdakı qardaşlıq bağları möhkəmdir. Sizə yaraşan səbr edib elçinin gəlməsini gözləmək idi. İndi müqavilə və sədaqətdə kim qüsurlu davranmışdır?