Sultan Həmidə
Müəllif: Mir Möhsün Nəvvab
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Nərədə qalıb həzreti xeyriil bəşər,
Hümmətinə şövq ilə etsin nəzər.

Ləşkəri yunanı necə tarü-mar
Eyledilər esgeri fəthü zəfər.

Səngərini, tiqlərini bitamam
Topu şerərbar ile zirü-zəbər.

Qeleleri xak ilə yeksan qılıb
Vəliəhdi eylədilər dəıbədər.

Qürur edən ləşkəri ədalərin
Ədəm diyanna hamu köçdülər.

Aldı səda aləmi əflakidən,
Söyledi ol dəmdə qəzavü-qədər..

Sayeyi alisi cähanə müfid
Çox yaşasın həzrəti Sultan Həmid.