Sultan Süleymanın Şah Təhmasibə məktubu
Sultan Süleymanın I Şah Təhmasibə məktubu Müəllif: Sultan Süleyman Qanuni |
Mənbə: Qazi Əhməd Qumi “Xülasət-üt-təvarix” Berlin nüsxəsi, vərəq 216 b-217 a. |
Əlahəzrət oğlum Şah Təhmasib Bahadurə şöylə məlum ola ki, dərgahi-səadət-pənahimə xəttin ilə məktub göndərüb ənvai-yəminlər ilə əhdüğəyman edübsə deyi, pəf(i)- ülməkanim bəndələrindən Həsən nam ğulum ağız xəbərləri sifariş edüb və demişsiniz ki, Bəyazidi dutub oğlanları ilə həbs eylədığım xatiri-padişah üçün əmri-fərmani hümayünə müxalifətim olmiyə. Əmma bunnın kimi özim xidmətin müqabiləsindən külli ehsan umərəm deyü bildirmişsiniz ki, cəmi ədyanda əhdü cəmin mötəbər olub küfr ilə islam ortasında əhdiyəmin fərq olur. Binaən əla haza bu xidmətinin müqabiləsində inayəti-xosrovanimdən dörd yüz bin, altun və ərcüməndi-səadətmənd oğlum Səlim xan canibdən yüz bin altun sərhəddi-Ərzurumə göndərələr və Bağdadə vaqe olan əimmeyi-kiram rizvan üllahi əleyhüm əcməin astanalərindən iki nəfər adəm göndərmiş istida olunmuş icazət verərlərdi və oğli ki, səncaq iltimasın murad alunmuş, hərgah ki, dərgahi-səadət-pənahimə göndərəsən, ənvai-riayəti-padşahanə məri burulub dövləti-səadəti-üzma birlə mükərrəm, möhtərəm qılına. Madam sizlərdən təğyiri- vəz olmiyə, vallahi və rəsulihi nəslən bədə-nəsli və fərən bədə-əsli mabeynimizdə müxalifət olub dostluq və məhəbbətdən ğeyri nəstə olunmuyə? Gərək Siz daxı Bəyazidi, oğlanləri yarru və mötəməd adəmlər ilə Ərzurumə göndərəsiz. İltimas olnən ənami aidə təslim elədilər. Budur daxı olmiyə ğeyr. Məktubi –şərifə etimad edəsiniz. Söz bir olur. Ara dilində xilaf gəlməz.
Bəndeyi-xuda Süleyman.