Sultan Səncərin Sultan Mahmuda məktubu

Sultan Səncərin Sultan Mahmuda məktubu (1126)
Müəllif: Sultan Səncər
Mənbə: Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007. səh.17-18.

Sən mənim sağ əlimsən, Xəlifəyə gəlincə, o mənə və sənə qarşı fıtnə düzəltməyi kəsdirmişdi. Əgər siz onunla birlikdə mənə qarşı çıxsanız, o, məndən qurtular və sonra isə sənə qarşı çıxar. Sən ona fıkir vermə! Axı, sən bilirsən ki, mənim vəliəhdim yoxdur. Sən mənimlə döyüşdün, mən sənə üstün gəlsəm də, sənə yamanlıq etmədim. Mən o adamları edam etdim ki, onlar bizim aramızda müharibə törətmişdilər. Mən səni yenidən sultanlıq taxtına qaytardım. Mən səni taxt-tacın vəliəhdi etdim, mənim qızım sənin birinci xatının Allahın dərgahına qayıdandan sonra, mən o biri qızımı sənə ərə verdim. Mənim sənə münasibətdə niyyətim, atanın [oğula] [niyyəti] kimidir. Sən qoşun götürüb, Bağdada yola düşməli, xəlifənin vəziri İbn Sadakı tutmalı, orda olan bütün kürdləri qırmalı, bütün [yol] azuqələrini və hərəkət vasitələrini müsadirə etməli və xəlifəyə deməlisən: "Mən sənin qılıncın və xidmətçinəm! Sən, atalarımızın etdiyi kimi, öz evinə qayıt və mən səni sıxışdırmağa bir kimsəni qoymaram.

Qeydlər redaktə

  • Sultan Mahmud — İraq Səlcuqlu dövlətinin 1-ci hökmdarı, Sultan.