Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə

Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə
Müəllif: Mirzə Ələkbər Sabir


Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə...
Özlərinin inan ki, yox fəhmü zəkası bir belə...

Mən kimi aqil olsalar şüğl edələr oğurluğu, -
Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə...

Cümlə maarif əhlinin haləti göz önündədir, -
Vəchi – məaşı bir belə!.. Dərdü, bəlası bir belə...

Madəri – elmə söylənir Məryəmə söylənən tühəm,
Elmin anası bir belə!.. Cəhlin atası bir belə...

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?
Dərsin əzası bir belə!.. Xəlqin ədası bir belə...

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 97