Tülkü və Qurd (Qasım bəy Zakir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tülkü və Qurd Müəllif: Qasım bəy Zakir |
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 102 səh. |
Bir rubәhi-gühәnsalә gedirdi,
Qismәt üçün seyri-alәm edirdi.
Obadan kәnara gördü, ittifaq,
Atıblar sәhrayә bir dünbeyi-çaq.
Diqqәt ilә baxıb, tәlәni seçdi,
Yavuğa duşmәyib, uzaqdan keçdi.
Gәzәr ikәn oldu bir qurda düçar,
Dedi: "filan yerdә yaxşı tömә var".
Biçarәni çәkә-çәkә gәtirdi,
Bir azca qalmışdı quyruğu gördü.
Dedi: "tәәccübәm, sәn belә şeyә
Duçar oldun, özun yemәdin niyә?"
Dedi: "boynumda var qәza orucum,
Tutmuşam ki, saqit ola borcum."
Soxuldu quyruğu yerdәn götürә,
Neçә gündü naharsızdı, ötürә;
Çırtlayıb, payinә tәlә oldu bәnd,
O yana, bu yana tullandı hәrçәnd,
Nә qәdәr güc vurdu, götürmәdi әl,
Kәsilib әlacı, qaldı mәәttәl.
Tülkünün әlinә düşdu girəvә,
Quyruğu yeyirdi çox sevә-sevә.
Dedi: "sәn deyirdin orucam, bayaq,
Nәdir yeyirsәn indi bu sayaq?"
Dedi: "oruc idim, amma bu axşam
Tәzә ayı görüb, etmişəm bayram."
Hiylәsinә o pürfәnin inandı,
— Bәs mәnim bayramım, — dedi, — haçandı?
— Sәnin dә bayramın saһibi-tәlә
Gәlәndәdir, — dedi, — tәlәsmә hәlә.
Hәr kimsәdә ola әqlü fәhmü huş,
Bu mәsәli eylәmәsin fәramuş:
Әvvәl gәrәk suyu yoxlasın möhkәm,
Boylayandan sonra soyunsun adәm.
Nәinki etmәyib fikir, әndişә,
Sala canavar tәk özünü işә.
Hәm özünün payın, hәm onun payın
Tülkü yeyә bidәrd-sәr, arxayın.