Türklər
Müəllif: Əli Razi Şəmçizadə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ol qoçaq iranlılar,
Ol igit osmanlılar,
Qılınclan qanlılar,
Səhrası heyvanlılar,
Milləti nadanlılar,
Qırmızı fəsli türklər,
Qara qotazlı türkler,
Yekə ip papaqlılar,
Cübbəsi büzməlilər
Aləme səs saldılar,
Məşrutəni aldılar.
Bir-birini çaldılar,
Qınlıb azaldılar,
Uzanıb ucaldılar,
Rüstəmdilər, Zaldılar,
Qırmızı fəsli türklər,
Qara qotazlı türklər,
Yekə ip papaqlılar,
Geyməsi büzməlilər.
İstanbulda bir arvad
Üzündən atıb çarqat,
Polis görcək qalıb mat,
Deyib: ay alçaq, bədzat,
Üzə niqabını at.
Arvadlar üçün heyhat
Verə bilməz müsavat
Qırmızı fəsli türklər,
Qara qotazlı türklər,
Yekə ip papaqlılar,
Geyməsi büzməlilər.
Məşrutə mərdan üçün
Verildi oğlan üçün,
Nəinki nisvan üçün,
Molla və bəy-xan üçün!
Nəinki dehqan üçün,
Bir neçə nadan üçün!
Qırmızı fəsli türklər,
Qara qotazlı türklər,
Yekə ip papaqlılar,
Geyməsi büzmə tatlar.
Hərçənd bu dünyada,
Hətta ki, Avstriyada
Müsəvat var arada,
Həm kişi, həm arvada
Eylə olmaz burada,
Arvad matəmsəradə.
Qırmızı fəsli türklər,
Qara qotazlı türklər,
Yekə papaqlı tatlar,
Başı çanaqlı tatlar.
Deyir: osmanlı, həm tat
Hürriyyətü müsavat,
Hüquqü ixtiyarat,
Aıvadlan kənar at,
Bunlar kişi üçündür,
Verə bilmərik heyhat..
Qırmızı fəsli türklər,
Qara qotazlı türklər,
Yekə papaqlı tatlar,
Çox qanacaqlı tatlar.
Arvad məgər insandır?
Üzü yoluq heyvandır,
Saçı uzun bir candır,
Ağlı gödək, nadandır,
Arvad yeri zindandır,
Di gəl bunlara qandır!
Qırmızı fəsli türklər,
Qara qotazh türklər,
Yekə papaqlı tatlar,
Kirli, pasaqlı tatlar.