Tısbağa
Müəllif: Şifahi xalq ədəbiyyatı


Tısbağa gözəl bir gəlin imiş. Bir gün yuyunmaq üçün su qızdırıbmış. Paltarını soyunub girir tasa, başlayır çimməyə. Birdən qaynatası içəri girir. Görür ki, gəlin tamam çıl-çılpaqdı. Gəlin hələ də qaynatasının onu çılpaq görməməsini istəyir. Bilmir ki, neyləsin, harda gizlənsin. Üzünü göyə tutub yalvarır ki, nə ola bir şey ola, bədənim örtülə. Gəlinin ağzından söz qurtarmamış dönür tısbağaya. Deyirlər həmin tasdır ki, dönüb olub tısbağanın çanağı. Həmişə bu çanağı belində gəzdirir ki, çılpaq bədənini örtsün.

Mənbə

redaktə