Təbim
Təbim Müəllif: Ümmügülsüm |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Axı, hər vaxt şən idin sən
İndi susdun, nədən, təbim?
Nəşə saçır bağça, çəmən,
Zövq al, sən də dillən, təbim!
Bizim ele gəlsə bahar,
Günəş doğar al laləzar.
Güllərin də ilhamı var,
Gül açanda güllən, təbim!
Gül bülbülün həmdəmidir,
Bahar sevgi aləmidir.
İlqanmız böyləmidir-
Aynlırsan məndən, təbim?
İgidlərin hünər çağı,
Üzə gülür vətən bağı,
Çəkmə mənə sinə dağı,
Şer yarat, şənlən, təbim!