Təbriz tərəfdədir Qafın qülləsi
Təbriz tərəfdədir Qafın qülləsi Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Təbriz tərəfdədir Qafın qülləsi,
Könlüm o şəhərdən ayrılmaz bir an.
Tacəddin zamanın Simurğudur ki,
O uca qüllədə salmışdır məkan.
Günəş dövrə vurub gəzdi fələkdə,
Təbrizdə özünə seçdi aşiyan.
Ordadır Məşriqin şaqraq çeşməsi,
Ordadır Moğribin dənizi - ümman!