Təcnis
O yara məni (1841) Müəllif: Mirzə Fətəli Axundzadə |
Təcnis hicri 1257-ci, miladi tarixlə 1841-ci ildə yazılmışdır. Bu şeir Axundzadənin Azərbaycan dilində bizə gəlib çatmış ilk bədii əsərlərindəndir. Axundzadə özü şeirdəki cinaslara fars dilində şərhlər vermişdir. |
Əsiriyəm bir dilbərin ki, əgər
Xəncərlə şan-şan o yara məni,
Visalından bullam həyati-tazə
Yəqin bil, öldürməz o yara məni.
Əmən məmən neylər cənnətin narın?
Düzəxə bənzətməm firqətin narın,
Rişteyi-can olmuş telindən narın
Dilər eldən: yetir o yara məni.
Dərdə kimin vardır mən tək davamı.
Eşqin məriziyəm, sən ver dəvamı.
Hər aşiqin candır eşqində vamı,
Göstərməsin malı o yara məni.
Rəqiblərdən gəlləm sənə divanə,
Göstərmə rüsxarın sən bu divanə.
Yolunda bil hər aqilü divanə.
Salsa çətin dağı o yara məni.
Ciyərdəndir gözümdən tökdüyüm hər dəm,
Atəşi-suzandır çəkdiyim hər dəm,
Can quşunu avaz edəndə hər dəm,
Oxur zülfündəyəm, o yara məni.