Tək-tək (Molla Məhəmməd Səfili)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tək-tək (Molla Məhəmməd Səfili)
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Bu gecə ruvəmdə oldum pərişan,
Yatışdı bir yerinə odasi tək-tək,
Salam verdi gəldi üç bək,
Rövşan lisanları xoş sədası tək-tək.

Səlamın eşitdim etdim niyazi,
Olarda mövçütdür əhli ülfazi,
Xəbər etdilər, gəlin qılax namazi,
Yığıldi aldilər abdasi tək-tək.

Abdasi alınca oyandım xabdan,
Dad ilə əhalimin haqqi tərpətdi.
Bəni oxutdular yeşil yarpaxda,
Oxudum hərfini nuğdasi tək-tək.

Vidasıni saydım, sızladi, yaram,
Adami öldürür dört yilə vərəm,
Dedilər qafisət qovuş, Səfilin,
Yarabbım, təbib ələmin, tək-tək.