Tək bəndlər (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tək bəndlər (Aşıq Bəsti) Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14. |
Alçaq dağlarıma qar yağdı, yağdı.
Üstündən göz yaşım yar yağdı, yağdı.
Bir dəfə ürəkdən gülə bilmədim,
Göydən od ələndi, qor yağdı, yağdı.
Yaralandı cavan canım,
Mən olanı necə danım?
Çəmənlərə axdı qanım,
Keçib candan ox, ay bülbül.
A göy dağlar, göyən dağlar,
Başı göyə dəyən dağlar.
Bəstisinin dərdin görüb,
Qəmdən libas geyən dağlar.