Tərəhhum eyləməz hərcənd gulruxi-yarə yalvarram
Tərəhhum eyləməz hərcənd gulruxi-yarə yalvarram Müəllif: Molla Zeynalabdin Sağəri |
Tərəhhum eyləməz hərcənd gulruxi-yarə yalvarram,
Nedim, bir guldən otru hər zaman min xarə yalvarram.
Vüsalından olub məhrum, hicran atəşi uzrə,
Fəğan, nalə ilə yaş tokub əğyarə yalvarram.
Səni görmək mənə mümkun deyil, bir rəhm yox səndə,
Səri-kuyində hər ləhzə dəri-divarə yalvarram.
Salıbdır əqrəbi-zulfun qəmər dovrundə seyr eylər,
Qılıb könlüm pərişan, zulfi-ənbərbarə yalvarram.
Könül murğini seyd etdi iki cəllad cadusu,
Xilas etməz, nədim, ol qəmzeyi-xunxarə yalvarram.
Səbahu şamımı qılmış bərabər zulfu ruxsan,
Gəhi ol subhə, gahi turreyi-tərrarə yalvarram.
Doyubdur Sağəri cana deyin dərdini cananə,
Olubdur xanə viranə, gedib kuffarə yalvarram.