Təzələnir
Təzələnir Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.45 |
Yenə sevgim can almağa,
Qeyzə doluf gəzələnir.
Ala gözlərin görəndə,
Köhnə yaram təzələnir.
Doymaq olmaz belə dostdan,
Sinəsi bağı-gülüstan.
Bir cüt qoşa nardı büstan,
Öpmək, əmmək məzələnir.
Dilin şəkər - dönüb qəndə,
Zülfün salıb məni bəndə,
Bir fürsət ələ düşəndə,
Niyə qəmzə, naz elənir?