Ta kim, gözüm ol sərvi-güləndamə düşübdür
Ta kim, gözüm ol sərvi-güləndamə düşübdür Müəllif: Molla Qədir Naci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ta kim, gözüm ol sərvi-güləndamə düşübdür,
Vəslin dilər, amma təməi-xamə düşübdür.
Xali-siyəhin gördü könül zülfünə düşdü,
Bir quş kimi kim, danə üçün damə düşübdür.
Sirri-dəhənin bulmağa zehnim dolanır çox,
Biçarəni gör kim, qələt övhamə düşübdür.
Geysuləri içrə yüzünü gizlədi ol məh,
Yüz ah ki ömrüm günü axşamə düşübdür!
İşrətlə qəmi qismət edən vəqt müqəssim,
Qəm hissəsi mən xəsteyi-nakəmə düşübdür.
Gör halımı, ey badi-səba, yarə degil kim,
Hicrində filani yaman əyyamə düşübdur.
Göstərsə mənə ruyin əgər şahidi-məqsud.
Ol dəm bilərəm qəm günü əncamə düşübdür.
Əksi-rüxi-saqi görünür badədə, oldur
Bais, həvəsim badeyi-gülfamə düşübdür.
Eyb eyləmə, ey Nacini meyxarə görən kəs,
Yengicə kişi şiveyi-islamə düşübdür.