Tapılmaz (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tapılmaz Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Üzülübdür canım el tənəsindən,
Hamı deyər, Bəsti evdə tapılmaz.
Bir sahıdı, bir sözüdü, bir özü,
Bir beləsi daha Löydə tapılmaz.
Bu qınağa vallah, mənəm dözürəm,
Usanmışam, ölməyə də hazıram,
Dərdimi deməyə divan gəzirəm,
Yerdə axtarıram, göydə tapılmaz.
Hanı Xançobanım, o qoca dağlar,
Tutulub gözlərim, görməyir, ağlar,
Nə tez viran oldu bağçalar, bağlar,
Barlı kollarımda meyvə tapılmaz.