Tapmaca
Müəllif: Əli Nəzmi


Saqqalı uzun, guşi pühən, naqədəhandır,
Alnı iki barmaq, gözü dar, boynu gərəndir,
Qamətdə uca, əqldə alçaq, döşü gəndir,
Yüzyaşlı beli əyri, özü piri-gühəndir.
Gamuş nəfəs, gav qədəm, fil bədəndir,
Əfali fitən, kari hiyəl, hərfi çərəndir,

Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,
Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,
Ağzına qapaq xəlqin, ayağına rəsəndir,
Yanında iki kəlmə danışmaq qədəğəndir,
Hatifl! Bunu bildir mənə, hansı kəsəyəndir?