Taptup piri
Rəvayətlər. Taptup piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tup-tup piri var – mağara kimi bir yerdir. Daşdan damcı damır.
Quraqlıq vaxtları aparıb Tup-tupda xoruz kəsirlər (heyvan kəsmək
olmaz). Pirin suyundan gətirib zəmiyə səpirlər ki, yağış yağsın.
Ancaq suyu gətirəndə gərək dönüb dala baxmayasan.