Tarix boş laflardan ibarət deyil…

Tarix boş laflardan ibarət deyil…
Müəllif: Ənvər Çingizoğlu

Qarşımda bir yazı var: «Aрмянские княжества Aрцаха: краткий обзор происхождения, институтов и традиций Kарабахских меликств». Bu dartan-partanın müəllifi isə özünü erməni zadəgan cəmiyyətinin üzvü kimi təqdim edən Melik Vrej Atabekyandır. Nə yazır bu Atabekyan? Boş-boş laflar. Öz soyadının mənşəyini izah edərkən bildirir ki, «atabəy» erməni-gürcü çarlarının lələsi, hamisi idi. Qıvıra-qıvıra elə yalanlar uydurur ki, guya bu sözün türk-Azərbaycan dili ilə bağlılığı yoxdur.
M. Atabekyan Xəmsə məliklərindən danışarkən Raffinin müddəalarını qaralayaraq bildirir ki, erməni məlikləri Qarabağa (Arsaxa) gəlmə yox, yerli, avtoxton əhalidir. Sübut, dəlil üçün isə kiçicik bir bəlgə göstərmir. Sözlə plov bişsəydi, bir qazan bizdən…
Erməni tarixçisi Mirzə Yusif Nersesov Qarabağın tarixi ilə bağlı «Tarixi-Safi» adlı əsər yazıb. Həmin əsərdə erməni məliklərinin əsil-nəsəbləri haqqında bir başlıq var. Bir az uzun olsa da, oxucularımızdan üzr istəyib, həmin başlığı təqdim edirik.
«Qarabağin Xəmsə mahallari və Xəmsə məliklərinin əsilləri haqqinda
Qarabağ Taxtaqapısının beş mahalının əhalisi tamamilə xaçpərəst olub(?-Ə. Ç), Xəmsə adı ilə məşhurdur. Bu mahallar aşağıdakılardır:
Birinci, Dizaq mahalıdır ki, uzunu Əkərə çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat dağına kimidir. Bu mahalın torpağı çox məhsuldardır. Burada yaxşı pambıq, çəltik, ipək və taxıl yetişdirilir. Araz çayı boyunca bir neçə böyük şəhər var idi. Həmin şəhərlər dağılmış və indi onların ancaq xarabalıqları qalmışdır. Onların məlikləri keçmişdə Rumdan gəlmişdir. Bunlardan Məlik Yegan adlı bir şəxs Nadir şahın yanında böyük hörmətə və ehtirama malik olmuşdur və onu babalıq adlandırmışdılar.
İkinci, Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq əli-baba düzənliyinə qədər uzanır. Eni Kirs dağından Şuşakənd çayına və Xəlifəliyə qədərdir. Bu ərazi çox gəlirli və məhsuldardır. Burada buğda və başqa dənli bitkilər yaxşı yetişir. Adları qeyd olan yerlərin məlikləri Göycə və Zivə kəndlərindən gəlib Çanaqçı kəndində məskən salmışlar və get-gedə oranın adlı-sanlı adamları olmuşlar. Bu məliklər çox zaman Vərəndə mahalı məlikliyinin işi ilə də məşğul olmuşlar. Onlar Məlik Şahnəzərlilər adı ilə məşhurdurlar. Bir müddət məlik mənsəbliyi başqalarının əlində idi. Sonra isə yenə də məliklik Şahnəzərin övladına yetişdi. Məlik Şahnəzər çox varlı və dövlətli idi. Məlik Şahnəzər Qarabağ xanlıqları dövründə onlara çox xidmət göstərmişdir. Buna görə də böyük hörmətə malik idi. Pənah xan da yenicə hökmranlığa başlamışdı və pula böyük ehtiyacı var idi. Məlik Şahnəzər bu vaxt Pənah xana yaxından kömək etmiş və onun lazımi maddi ehtiyacını ödəmişdi.
Üçüncü, Xaçın mahalıdır, eni Qarqar çayından başlayıb Qabartıda qurtarır. Uzunu Qırxqız və Mıxtökən dağından Bayat meşəsinə qədərdir. Bura da keyfiyytcə Vərəndədən yaxşı olmasa da buğda və sair məhsulları boldur.Bəzi yerlərində çəltik də yetişdirilir. Bu yerlərin çoxu meşəlik və cəngəllikdir- Deyilənə görə, Xaçında vaxtilə kiçik bir qala olmuş, adına Hetrak qalası demişlər. İndi isə bu qala kiçik bir kənd halında qamaqdadır. Bu kəndin məlikləri qədimdə Həsən Cəlalovların övladlarından olmuşlar. Onların hakimiyyəti bitdikdən sonra Pənah xanım dövründə Xındırıstandan Məlik Mirzəxan adlı bir nəfər Pənah xana göstərdiyi xidmət və sədaqətinə görə onun tərəfindən məlik təyin olunmuşdur.
Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar.
Beşinci, Talış mahalıdr. Bu mahalın uzunluğu Murov və Gülüstani-İrəm dağından, Kürün kənarına qədər, eni isə Tərtər çayından Gorana qədərdir. Buranın torpağı çox münbitdir. Burada taxıl və sair dənli məhsul yaxşı əmələ gəlir. Bunların məlikləri əslən şirvanlı olub, Talış kəndində məskən salmışlar. Bunlar Bəylərovlar adı ilə məşhurdurlar».
Erməni müəlliflərindən Mirzə Yusif Nersesov, Raffi və digərləri elmi dəlillərlə bildirirlər ki, Xəmsə məliklərindən Xaçının başçıları yerli, digər dörd məlikliyin hakimləri isə kənardan gəlmədirlər. M. Atabekyan kor tutduğunu buraxmayan kimi «aborigen» sözündən yapışıb əl çəkmir.
M. Atabekyan daha çox erməni zadəgan qondarmaq üçün saxtakarlığa əl atır, «yüzbaşı»nı titul kimi göstərir. Xanlıq, eləcə də rus üsul-idarəsi dönəmində Qarabağda yüzbaşı seçki yolu ilə oba, kənd icması arasından seçilən vəzifə idi. Yüzbaşılar bəylərin, məafların, həm də rəiyyətlərin arasından seçilirdi. Atabekyan Qarabağda olan beş-üç erməni yüzbaşısını knyaz kimi təqdim edərək ermənilərin soylu bir xalq olduğunu göstərir.
Bəzən M. Atabekyan əski-əntiq erməni müəlliflərindən sitatlar gətirərək Qarabağı erməniləşdirməyə çalışır. Elə bu zaman erməni alimi Qaraqoşuyan bir fikri yadımıza düşür: "Ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək ciddi məlumatlar yoxdur".
Dünyanın dörd bucağından qaçan, qovulan erməniləri qarabağlılar qoltuğuna çəkərək himayə etmiş, canını, malını, mülkünü qoruyaraq, rahat yaşamağa imkan yaratmışdır.
Bu yaxşılıqların əvəzini isə ermənilər həmişə pisliklə, xəyanətlə qaytarmış, Çar Rusiyasına və Avropa dövlətlərinə satqınlıq etməklə, Azərbaycanı zəifləməsinə və məhvinə çalışmışlar.
Biz geniş tədqiqat işləri aparıb, tarixi mənbələri, arxivləri araşdırıb, ermənilərin boş müddəalarini yalanlamağa çalışmışıq. Yalan danışmaq, böhtan atmaq və başqa mənfi cəhətlər ermənilərə xas sifətlərdir. Onu bildirmək istəyirik ki, tarix boş laflardan ibarət deyil...