Tarixdə olub, kim çıxa Allahla savaşa?
Tarixdə olub, kim çıxa Allahla savaşa? (1995) Müəllif: RAUF CAVAD |
Deyin görək, kor insanın kimlədi azzarı?!
Nədi bu zülm-zillət?! Kim seçir zalım hökmdarı?!
Basıb dünyanı cahil, əcaib cin-əcinə!
Haqsızlığa dinən yox, görmür kor, zülümkarı?!
Qanun bilən az, çoxu küt-bivec, donqli-monqli,
Nə olacaq halımız?! Hanı sağlam dindarı?!
Təyin edir məscidə rüşvətxor mollanı, kim?!
Qanırmı! Millətin vəkili-qanmazı-xarı?!
Kim öyrədir zalıma zülmü?! Kim müəllimi?!
Dərsi alıb, ali məktəbdən zülm-şeytanları!
Yazır ağ dəftərə rəngsiz, küt-qara ləkəni!
Alır dəlal, torba dolu, qanlı mənatları!
Əqlim sual edir, nədir ar!? Lat, şah-mat qalır!
Mənatı danlayır vəzir Uzza! Çün yox arı!
Ayə, kor kim!? Qul əyir baş, zülmə, lal-kar-dinməz!?
Arsız, tez cırır aranı, pulgir qoca-qarı!
Kim bütpərəst-cindar?! Hakim məhkəmədə kindar?!
Təqsirkar-müqəssir, almayır cəza-finnarı!
Kasıb qalıb ətə həsrətdar, tapmır Ədalət!
Kimə lazım bu söhbət?! Çək dar ağaca, barı!
Tarixdə olub, kim çıxa Allahla savaşa?!
Barış insandı, qırır Adəmi-insanları!?
Olmayıb Rauf, sülh, keçmişdə?! Bax-gör tarixdə!?
Çün əllər, nəfs qanlıdır! İblis alıb canları!