Tarixi-müqəddəs
Tarixi-müqəddəs Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.225 |
Yıldızlı şıq qabı,
Parçalanmış kitabı, -
Ay altında dun gecə
Dəli bir dərviş kibi,
Mumu sönmüş, rehləsi yerə devrilmiş kibi,
Oxudum saatlarca.
Yıldızlı şıq qabın
Parçalanmış qoynunda о yuxlayan kitabın
Çevirdikcə kif qoxan hər sarı torpağını
Sanki eşiyorum bir məzar toprağını.
İncə əl yazıları canlandı bir-bir,
Masallarda cızılan yüzləri göstərdilər.
İblis bir yılan oldu. Adəm H əvvayə qaldı;
Qardaşını öldürən lənətli ruhi gördüm.
Qoca taxta bir gəmi ümmanlarda qalqaxdı.
Üfüqlərdə gövərçin bəkləyən Nuhi gördüm;
İsmayılın topuğu qumdan çıxardı zəmzəm,
Nuri - Sinada Musa qaldırdı qollarını.
Əsasını vurunca yarıldı bəhri Qülzəm,
Buldu Bəni - İsrail Qüdsün yollarını!
Zəkəriya zikrini
Bir sonsuz ahə verdi.
Doğru həpsi... bikrini
Məryəm Allaha verdi.
Qüreyi Məhəmmədə qucaq açdı Mədinə,
Bir atəş-məzar oldu Kərbəla Hüseyinə.
Səhifələr döndükcə bunlar həp birər-birər
Doğrulub duruldu.
Ay batdı, günəş doğdu,
Qəlbim də atəş doğdu:
Yıldızlı şıq qabı,
Parçalanmış kitabı.
Varsın küm ülsün deyə bir əbədi uyquya
Atdım kor bir quyuya.
Yazıq... yazıq bizə ki, əsrlərcə aldandıq!
Qaranlıqda cızılan izləri görmək üçün,
Görüb yüz sürtmək üçün.
Yazıq!.. Yazıq bizə ki, bir çıraq kibi yandıq!
Nə göydən çıraq gəldi, nə bir parça mərhəmət.
Çalışan əsirlərə Musa, İsa, Məhəmməd
Sadə bir sətir ilə bir vnotsubuxor verdi,
Masal cənnətlərinin yollarını göstərdi.
Nə baş vaxtın əzanı, nƏ Anjelis çanları
Zəncirdən qurtarmadı yoxsul çalışanları.
Niyə biz kölələriz... ƏfəndilƏrimiz var!
Niyə hər məlundan yusunlanmış bir divar,
“Əsir”, “Ə fəndi” deyə qoymuş da adlarını;
İki baxma ayırmış ərzin evladlarını.
Əfəndi işlətiyor, əsir işləyir yenə;
Yenə əfəndilərin gümüşlü süfrəsindən
Qar kibi əkməyindən, şərab dolu tasından;
Qırıntı, artıq belə düşməyir işləyənə!
Yenə biz əsir keçən hər günün axşamında
Evə sadə bir loğma əkmək gətiriyoruz.
Gecə yağmur inlərkən evimizin damında;
İsına bilmək üçün, günəş bəkləyir kimi,
Bir-birinə soxulan xasta köpoklər kibi
Yırtıq yorğanımızın altında titrəyiriz.
Cüftümüz, sapanımız sonsuz çalışmamızla,
Əsrlərlə köksündə inləyən qazmamızla.
Həyəcana gəldi qara toprağın qəlbi,
Kəndini təslim edən tazə bir qadın kibi!
Dürlü-dürlü eyşlərlə doldu iştə hər ağac,
Fəqət ondan bir koku belə gəlməyir bizə.
Biz dilənçilər kibi gümülüb iczimizə;
Kəndi ağacımızın dibində ölürkən ac,
Əfəndilər göstərib sırıtan dişlərini
Birər-birər toplayır bütün yemişlərini.
Əfəndilər, ağalar, evliyalar, keşişlər!
Əbədi qaranlığın bu sönük qollarında.
Artıq təmiz ruhların aydınlıq yollarında,
Sadə bir din, bir qanun, bir həqq, işləyən dişlər!