Tava
Tava Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Sübh tezdən asılıbsan ocağa,
Nə olar, ar edib bişəsən, tava.
Bu necə hörmətdi gələn qonağa,
Baxmaqdan yoruldum buxcaqdan qova.
Qohum bildim, bura mehman gətirdim,
Ac gəlmişdim özüm zorla yetirdim.
Hərə bir tərəfdə qeydə qalan kim,
Cənnətlikdi edən dərdimə dava.
Qarı nənə qalamayır altını,
Gorbagordur, tanıyıram zatını.
Tuta bir də siztək qohum adını,
Məmmədhüseynə olsun min tova-tova.