Tellərin (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tellərin
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004. səh.160.

Gözəl, sənin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacı
Üstündən basa tellərin.

Yanaqların güldü, solmaz,
Oxlasan, yaram sağalmaz.
Qaşın cəllad, gözün almaz,
Bağrımı kəsə tellərin.

Bağban ağlar bar ucundan,
Alma, heyva, nar ucundan.
Ələsgər tək yar ucundan
Batıbdır yasa tellərin.