Tellərin (Varxiyanlı Aşıq Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tellərin
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Xəbər almaq ayıb olmaz,
Nədəndi qısa tellərin?
Yoxsa aşiqin ölübdü?
Batıbdı yasa tellərin.

Uca dağlar ucası tək,
Şahmar ilan sucası tək,
Yaşılbaş əyricəsi tək,
Sənin də əsə tellərin.

Məhəmmədəm, yana-yana,
Yandı bağrım döndü qana,
Çapar sala Gürcüstana,
Firəngi basa tellərin.