Teymurləng və qarışqa
Rəvayətlər. Teymurləng və qarışqa Müəllif: Şifahi xalq ədəbiyyatı |
Uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Ətrafına göz gəzdirir, görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür, nəhayət, yetmişinci dəfə qarışqa dəni apara bilir. Bunu görən Teymurləng utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir.
Mənbə
redaktə- Tarixi rəvayətlər. Bakı,2014. Səh.93.