Tiri-hicrin dəyəli sineyi-suzanımdan
Tiri-hicrin dəyəli sineyi-suzanımdan Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 103 |
Tiri-hicrin dəyəli sineyi-suzanımdan,
Tutdu qəm, qüssə, kədər çaki-giribanımdan.
Munisim qəmdir, ənisim də kədərdir sənsiz,
Sən gedəndən bəri ayrılmadılar yanımdan.
Ah qılsam, yanar əflakdə göy cismiləri,
Ağlasam, sel dağılar dideyi-giryanımdan.
Canımın canıdı canan, ona min can qurban,
Mən əziz tutmamışam canımı cananımdan.
Hali-pəjmürdəmi zülmət gecələrdən xəbər al,
Ərşə fəryad ucalar külbeyi-əhzanımdan.
Ay cəmalın görüb imana yaxınlaşmışdım,
Küfr zülfün görüb ayrılmışam imanımdan.