Tiryak
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.


Tiryaki çokmeyon gərek yatsın,
Nəşosiz baş gərok ycro batsın,

Ruhutı şad nazim, həqiqət çox gözəl şeirdir vo çox abad kəlamdır. Aliah bu cür şeir deyənləro qəni-qəni rəhmət eyləsin. Lap kəlamın cövhərini çıxardıbdir. Doğrudan da, insan nədi, nəşosiz oldu nedi? KamİI insan mən o adama deyərəm kı, Şamaxı qlavası kimi gecegündüz neşədə olsun. Şehərdi, palçıx da olar, quru da olar, abad da olar, xarab da olar. Şkoladı, açılar da, bağlanar da, O cür boş-boş işlərdən ötrii insafdır, insan keflonib eşşəyi tərsino minməkdən əl çeksİn? Yainki cəvahir kimi klubu qoyub gəlib oyləşsin dumanın kəsavətli damında ki nə var, nə var, şohər işinə baxıram, gərək qoymayam realni məktəb bağlana. İnsan niyə məktəb bağlanmaqdan Ötrü ürəyini sıxır, kefınİ pozur, heç gör Tiflis həmşorilerinin vecİnedİr ki, “İttifaq” məktəbi açıldı, ya açılmadı. Beş gün dünyadtr. Bacarırsan daimül-xəmr ol, əvvəl, yənİ gece-gündüz lül vur, mİl dur ki, heç bir şey vecino gəlməsin. Ona qüvvən çatmasa, ya kövsər suyundan binəsib olmaq istəmirsənsə, cevahir kimİ tiryakini çək, ondan sonra mələkut, cəbərut, lahut, felekut seyrini elə.
Bu da elinə düşmese, bong çək, israr çək, Allah berəkət versin, ucuz, özü də İran karxanasından çıxma, İran mətai, menfoəti do genə öz müsəlman qardaşına olsun. Bir misqal çək, min misqalhq lozzət apar. Hey gül, hey qəşş elo...

Çok tiryakım noşo ilə, yat gece-giindüz,
Şad ol belə ləzzət, bclə işrol kj, sənin var.
Dünyado kcçirt günlərini zövqü sefado,
Foxr et, bu şətarət, bu moharot ki, sənin var.

Evin yıxilstn, şair, gör nə bidad eləyİb! Doğrudan müselmarv kef çekməkdə heç bir qüsur qoymur, gərək de qoymasm.
Əgər qareler bu nömrenin səkkizinci səhıfəsindəki qunılan məcliso ve çəkilən nəşeyo diqqət ile baxsalar, menim bu sözlərimin eyni həqiqət olduğu gün kİmi aşkar olar, Və ola bilərlər ki, owəla, İran dövlətinin sokkİz milyon raiyyəti arvadh-kişili gecə-gündüz vetərılərində bu neşə itə gün keçirirlər, İkincisi, zaminİ kİ, bir nəfər iranlı ya Marağadan, ya Hemədandan, ya Xoydan, ya İsfahandan çıxıb istədi ki, qürbət ixtiyar elesin, güzan düşdü Qafqazda Tiflisə, Rusiyode Moskova, Fİrəngistanda Parise, Osmanlıda tstanbula, yetişcek orada özü üçün bir sovmiə bina eləyəcəkdır. Beş-üç nəfər həmdərd başına yığıb başliyacaq tiryak binası qurmağa. Həmişə manqal qabaqda, od içinde qıpqırmızı, hoqqa əldə, hey tiryakı yapışdırıb “rüsxət” deyib çəkəcək və yoldaşları da “xuda dəhəd fürset” cavab verəcəklər.
Canun, niyə də gərək çəkmeyəsən? Allaha şükür, gözəl şəhərlər, hər bİr eyş-işrət mühəyya, vetəndən asudə, əhlİ-əyaldan xatircəm, beş hoqqa, on hoqqa çəkib başlayacaq mürgülemeyi, yənİ evalımi seyreləməyi və yaxşı gözel-gözəl söhbəti. Elədiyi bohslər de həmişə kimyadən, simiyadən, cəfrdən, təsxirden olacaqdır:
- Mən dərvİş Ağabalamn qızıl qayırmağmı öz gözüm ilə görmüşəm.
- Rəhmətlik, cəfr elmindən də yaxşı xəbərdar idi, her vaxt bir məsələdə işkildə qalsa idİ cəfrden sual edərdi.
- Böyük məharəti onun elmi-təsxirde İdi, ecinnenİ tutub yaxasına iynə sancıb, hemişa yanmda qulluxçu saxlardı.
Odur ki, iranlıya həmişə qürbetdə çox xoş keçir vo hansı bir həmşoridən soruşsan ki, neçə tl qürbətçilikdə qaimısan, il biiməz, deyər: “Beş yorğan, ya on yorğan yirtmışam” . Onlann içindo qürbət hesabı yorğan hesabıdır və iranlılann arasmda böyük şərtdir. Həmişe hər kəsi tərif eləsələr deyerlər: “Afərin naib Həsənin hərifliyine, zarafat deyil, kişi qürbətde on səkkiz yorğan yırtıbdır...” .
Bunların hamısı delildir insamn gözünün açıqhğma və huşyarlr ğma ki, dünyanm hər guşəsİ olursa olsun, genə qafıl olmur. Vaxtını, gününü xoş keçirdir və dünyanın lezzətini qanır. Firənglər, nemsələr aeroplan qayırıb atılıb-düşüb havaya çıxanda, bu, aeroplansız uçub ərşü kürsini seyr eləyir. Yaşasın belə millət!

  • “Molla Nəsrəddin". 15 mart 1913, N 9