Tufan dağı
Tufan dağı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tufan dağı Xınalığın yaxınlığında Qiblə dağı ilə yanaşı durur. Qiblə dağı ilə Tufan dağının arasından Qudyalçay axır. Tufan dağının təpəsi, ətəkləri ilin on iki ayında qar ilə örtülü olur. Orada qarın altında it kimi hürən heyvanlar var. Onlara qar heyvanı deyirlər.
Belə nağıl edirlər ki, "Qiyamət günü"ndə bütün dünyanı su basdığı vaxt təkcə Tufan dağını su örtə bilməmişdir. Nuh peyğəmbərin gəmisi Tufan dağına dəyib parçalanmışdır. Hal-hazırda orada bir balaca göl vardır. Göldə iki taxta parçası üzür. Deyilənlərə görə, bu taxta parçaları Nuhun gəmisinin parçalarıdı. Əgər bir adam onları tutmaq istəsə, üzüb adam olmayan tərəfə gedirlər.